• Bakı 25° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib
DÜNYA
03 Sentyabr 2025 | 17:55

Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib

ABŞ Prezidenti Donald Tramp Pentaqona Rusiya və Çin arasında artan yaxınlaşmanın qarşısını almağa hazırlaşmağı tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bildirib.

"Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, Amerika rəhbərliyinin və gücünün çatışmazlığından qaynaqlanan dəhşətli hadisə idi. Buna görə də prezident Tramp Müdafiə Nazirliyinə əmr etdi ki, ordumuzu yenidən qurmağa, gücümüzü bərpa etməyə və çəkindirmə qüvvələrini bərpa etməyə hazır olaq", - Heqset deyib. 

Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ münaqişə axtarmır, lakin buna hazır olmaq “amerikalıları təhlükəsiz edir”. O, ABŞ-ın “kosmosda, səmada, dənizdə, su altında” hərbi imkanlarını qoruyub saxlayacağını qeyd edib.

Heqset bildirib ki, hərbi çəkindirmə ilə yanaşı, diplomatiyadan da istifadə olunacaq.


SON XƏBƏRLƏR

04 Sentyabr 2025