• Bakı 20° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Azərbaycanda özünəxidmət modeli: Kassirlərə ehtiyac qalacaqmı?

CƏMİYYƏT

03 Iyun 2024 | 12:55

Azərbaycanda özünəxidmət modeli: Kassirlərə ehtiyac qalacaqmı?

Bu gün dünyanın bir çox ölkəsində özünəxidmət kassalarından istifadə olunur. 

Bakıvaxtı.az bildirir ki, özünəxidmət kassaları müştərilərinə kassirin iştirakı olmadan malları skan etmək, çəkmək və qiymətini ödəmək imkanı təqdim edir. Alıcı özünəxidmət kassalarından istifadə edərkən satın aldıqlarına görə kartla və ya nağd ödəniş edir. Xidmətin dəqiqlik və keyfiyyətini isə süni intellekt təmin edir. Süni intellekt sayəsində kassa malları tanıya, eləcə də onların oğurlanma və əksiklik səviyyəsini azalda bilər. Proqnozlara görə, 2025-ci ilədək dünyada özünəxidmət kassalarının sayı 2013-cü illə müqayisədə 6 dəfə artacaq.

Azərbaycanda da ilk dəfə olaraq yeni açılan marketlərdən birində özünəxidmət istifadəyə verilib. 

Maraqlıdır ki, ölkəmizdə özünəxidmət modelinin geniş yayılması zamanla kassirlərə ehtiyacı aradan qaldıra bilərmi?

İqtisadçı Asif İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda insan əməyindən istifadəyə daha çox üstünlük verilir. 

Onun sözlərinə görə, özünəxidmət modelinin inkişafı kassirlərin işinə mane olmayacaq:

"Özünəxidmət əsasən Avropa ölkələrində tətbiq olunur. Avropada kooperativ idarəetmədə, ictimai iaşə, market və restoran şəbəkələrinin idarə olunmasında yanaşmalar fərqlidir. Ona görə də ölkəmizlə müqayisədə, sosial məsuliyyət standartları arasında ciddi fərqlər var. Nəzərə almaq lazımdır ki, Azərbaycan Şərq mədəniyyətinə malikdir. Eyni zamanda ölkəmiz postsovet ölkəsidir. Postsovet ölkələrində insan əməyindən daha çox istifadə olunurdu. Bu yanaşma uzun illər tətbiq olunub. Bu cür yanaşmadan digər formata keçid praktiki baxımdan çətinlik yaşadır. Ona görə də beynəlxalq standartlara uyğun olan bir çox xidmətlərin ölkəmizdə tətbiqi işsizliyin artmasına təsir edə bilməyəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2026