• Bakı 25° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Siqareti tərgitdikdən sonra orqanizmdə NƏ BAŞ VERİR?

CƏMİYYƏT

09 Avqust 2023 | 15:08

Siqareti tərgitdikdən sonra orqanizmdə NƏ BAŞ VERİR?

Siqaret çəkmək insan orqanizminin fəaliyyətini pozaraq bir çox xəstəliklərə səbəb ola bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusən də siqaret çəkənlərdə xərçəng və ürək-damar xəstəlikləri kimi ciddi xəstəliklərin yaranma riski daha yüksəkdir. Bundan əlavə, uzun illər siqaret çəkən bir insanın ölüm riski siqaret çəkməyənlərə nisbətən daha yüksək ola bilər. Bədən üçün bu mənfi hallar siqareti buraxmaq üçün bir stimul olsa da, bəzi fərdlər siqareti tərgitməkdə çətinlik çəkirlər.

Elm adamları bu mövzuda bir sıra araşdırmalar aparıblar. Belə nəticəyə gəlinib ki, siqareti atmaq çətin olsa da, fiziki və ruhi sağlamlığın davamlılığı üçün vacibdir. Siqareti tərgitdikdən sonra orqanizmdə müxtəlif dəyişikliklər müşahidə oluna bilər. 

Siqareti tərgitməyin orqanizmə təsirlərini aşağıdakı kimi sıralamaq olar: 

Asılılığın aradan qaldırılması: Siqareti tərgitdikdən sonra bir neçə ay ərzində beyindəki nikotin reseptorları normal vəziyyətə gəlir və asılılıq sona çatır.

Qan dövranının yaxşılaşması: Siqareti atdıqdan sonra 2-12 həftə ərzində qan dövranı normallaşır və ürək-damar xəstəlikləri riski azalır. Bundan əlavə, fiziki fəaliyyət asanlaşır və insan daha enerjili olur. Bu prosesdə ağciyərlər siqaretdən olan selik və digər zərərli maddələri xaric edir və orqanizm nikotindən təmizlənir.

Dad və qoxunun yaxşılaşması: Siqaret çəkmək dil və burundakı sinir uclarına zərər verərək dad və qoxu itkisinə səbəb olur. Lakin zədələnmiş sinir ucları siqareti buraxdıqdan 48 saat sonra bərpa olunur. Buna görə də, siqaretdən imtina dad və qoxu hisslərini yaxşılaşdırmağa kömək edə bilər.

Daha enerjili hiss etmək: Siqareti buraxdıqdan sonra tənəffüs tutumunda artım ola bilər. Buna görə də, qanda oksigen miqdarı artdıqca, bu, insanın daha enerjili və canlı hiss etməsinə kömək edə bilər.

İmmunitet sisteminin bərpası: Siqareti tərgitmək qan dövranını yaxşılaşdırır və oksigen səviyyəsini artırır. Həm də iltihabı azaldır. Bütün bunlar immunitet sistemini gücləndirməyə kömək edir, digər xəstəliklərlə mübarizəni asanlaşdırır.

Təkmilləşdirilmiş ağız gigiyenası: Siqaret çəkmək dişləri saraldır və ağız qoxusuna səbəb olur. Bundan əlavə, ağız boşluğunun gigiyenasının pisləşməsinə və ağızda infeksiyanın inkişaf riskini artıra bilər. Siqareti tərgitdikdən sonra 1 həftə ərzində ağız boşluğunda nəzərəçarpacaq bir rahatlama hiss oluna bilər.

Cinsi həyatda yaxşılaşma: Siqaret çəkmə aşağı cinsi performansa səbəb olaraq cinsi həyatda problemlər yarada bilər. Xüsusilə kişilərdə erektil disfunksiya riskini artıraraq orqazm tezliyinin azalmasına səbəb ola bilər. Siqaret çəkmək qadınlarda cinsiyyət orqanlarının yağlanmasının azalması kimi cinsi pozğunluqlara gətirib çıxarır.

Xərçəng riskini azaldır: Siqaret çəkmək ürək-damar sağlamlığını pozaraq bədəndə xərçəngin inkişaf riskini artıra bilər. Ancaq siqareti buraxdıqdan sonra bir neçə il ərzində xərçəngə tutulma riski azala bilər.

Siqareti buraxdıqdan sonra müşahidə olunan yan təsirləri aşağıdakı kimi sıralamaq olar:

Baş ağrısı və ürəkbulanma: Siqaret bədəndəki bütün sistemlərə təsir edə bilər. Buna görə də, siqareti buraxdığınız zaman bədəni tərk edən nikotin baş ağrısı, ürək bulanması və digər fiziki simptomlara səbəb ola bilər.

Öskürək və boğaz ağrısı: Siqareti tərgitdikdən sonra ağciyərlər siqaretdən qalan selik və digər qalıqları təmizləməyə başlayır. Bu, öskürək və boğaz ağrısına səbəb ola bilər.

Artan iştah və nəticədə çəki artımı: Bədəndə enerji artımı ola bilər. Artan enerji səviyyəsi ilə iştahın artması müşahidə edilə bilər. Xüsusilə bəzi fərdlər siqaret vərdişindən qurtulmaq üçün siqaret əvəzinə qida istehlak etməyə başlayır. Nəticə etibarı ilə insan çəki artımı müşahidə olunur.

Güclü nikotin istəyi: Siqaret çəkməyə başladıqdan sonra bədən nikotindən asılı olur. Buna görə də, siqareti buraxdıqdan sonrakı günlərlə güclü nikotin istəyi hiss olunur. Xüsusilə, siqareti buraxdıqdan 2-4 həftə sonra bu həvəs pik həddə çata bilər.

Əsəbilik, qəzəb və digər əhval dəyişikliyi: Siqaret çəkərkən orqanizm siqaretdən qurtulma prosesində böyük dəyişikliklərə məruz qalır çünki, ona aludə olur. Ağıl və bədən bu dəyişikliyə uyğunlaşdıqca əhval dəyişikliyi baş verə bilər. Xüsusilə ilk vaxtlarda güclü əsəbilik və gərginlik müşahidə olunur.

Qəbizlik: Nikotin kiçik və yoğun bağırsaqları da təsir edir. Və bağırsaqlarda qəbizlik yarana bilər.

Konsentrasiyada çətinlik: Siqareti tərgitmə prosesində fərd diqqət və konsentrasiya problemləri ilə üzləşmək normal haldır.

Ağız quruluğu: Siqareti tərgitmə prosesində yaşanan stress və narahatlıq kimi vəziyyətlər ağız quruluğunu artıra bilər.

Xəyalə Rza


SON XƏBƏRLƏR

01 Iyul 2025