• Bakı 25° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

120 min dollar oğurlayanlar saxlanıldı - Video

HADİSƏ

11 Iyun 2026 | 16:07

120 min dollar oğurlayanlar saxlanıldı - Video

Binəqədi rayonunda avtomobildən xüsusilə külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 4-ü Binəqədi rayonu ərazisində “BYD” markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə S.Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-də zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR