• Bakı 14° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Aviaşirkətlər Venesuelaya uçuşları ləğv edirlər

DÜNYA

23 Noyabr 2025 | 14:51

Aviaşirkətlər Venesuelaya uçuşları ləğv edirlər

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi Venesuelaya mülki aviasiya uçuşları üçün təhlükə elan etdikdən sonra altı beynəlxalq aviaşirkət bu ölkəyə öz uçuşlarını ləğv edib.

Bakıvaxtı.az "CTV News"a istinadən xəbər verir ki, bu barədə məlumat Venesuela Aviaşirkətləri Assosiasiyasının prezidenti Marisela de Loaysanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, İspaniyanın "Iberia", Portuqaliyanın TAP, Çilinin LATAM, Kolumbiyanın "Avianca", Braziliyanın GOL, habelə Trinidad və Tobaqonun "Caribbean Airlines" aviaşirkətləri uçuşların dayandırıldığını elan ediblər.

Eyni zamanda, Panamanın "Copa Airlines", İspaniyanın "Air Europa" və "Plus Ultra", Türkiyənin "Türk Hava Yolları" və Venesuelanın LASER aviaşirkətləri Venesuelaya uçuşları davam etdirirlər.

Xatırladaq ki, daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset Qərb yarımkürəsində narkoterrorçulara qarşı hərbi əməliyyatın başladığını elan etmişdi.


SON XƏBƏRLƏR

22 Noyabr 2025