• Bakı 14° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Bitkoinin qiyməti kəskin ARTDI

İQTİSADİYYAT

22 Aprel 2025 | 21:20

Bitkoinin qiyməti kəskin ARTDI

Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub.

Son iki həftə ərzində ABŞ ilə Çin arasında ticarət gərginliyi səbəbilə qızılın qiyməti 10 faiz artıb. Nəticədə bitkoin və qızıl arasındakı nisbət 2024-cü ilin noyabrında, ABŞ-də keçirilən prezident seçkiləri öncəsində müşahidə olunan səviyyəyə qayıdıb.

“Euler Analitik Texnologiyalar” şirkətinin mütəxəssisləri bildirirlər ki, bazarlardakı qeyri-müəyyənlik fonunda investorlar qoruyucu aktiv kimi yenidən kriptovalyutalara üz tuturlar. Bu tendensiya bitkoinin qızıl qarşısındakı dəyərinin bərpasına səbəb olub./teleqraf.com


SON XƏBƏRLƏR

22 Aprel 2025