• Bakı 26° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Fatma Soydaş həbs edildi

ŞOU

23 Iyul 2026 | 22:34

Fatma Soydaş həbs edildi

Türkiyədə Ankara Prokurorluğu tərəfindən sosial media platformalarında etdiyi paylaşımlara görə barəsində istintaq başladılan Fatma Soydaş həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Bakıvaxtı.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Bir müddət əvvəl, sosial media fenomeni F.Soydaş haqqında "əhalinin bir hissəsinin dini dəyərlərini açıq-aşkar təhqir etmə" və "pornoqrafik görüntü yayımlama" ittihamları ilə təhqiqat başlamışdı.

İstintaq çərçivəsində F.Soydaş İstanbulda saxlanılıb. O, polis idarəsindəki rəsmi prosedurlardan sonra ifadə verib və həbs olunması tələbi ilə hakim qarşısına çıxarılıb.

Məhkəmə F.Soydaşın barəsində həbs qətimkan tədbiri seçərək onun cəzaçəkmə müəssisəsinə göndərilməsinə qərar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR