• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Fransa baş nazirinin iqamətgahı qarşısında partlayış

DÜNYA

07 Oktyabr 2025 | 17:51

Fransa baş nazirinin iqamətgahı qarşısında partlayış

Fransa baş nazirinin iqamətgahı qarşısında maşın alovlanıb və partlayış baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı "Le Parisien" yayıb.

Partlayış səhər saatlarına təqribən 9:30-da (Bakı vaxtı ilə saat 11:30) sabiq baş nazir Sebastyen Lekornyunun mərkəzi blokdan olan siyasətçi həmkarları ilə nəzərdə tutulan görüşü zamanı baş verib.

Matinyon sarayı qarşısındakı yük maşını alışıb yanmağa başlayıb.

Polisin məlumatına görə, avtomobilin içində qaz balonları olub və bu da daha güclü partlayış barədə əndişələr yaradıb, lakin balonlar partlamayıb.

Parisin yanğınsöndürmə xidmətindən bildiriblər ki, partlayışa qaz deyil, kiçik aerozol balonları səbəb olub.

Hadisə yerini qatı tüstü bürüyüb, yük maşınının ətrafı mühasirəyə alınıb. Alov qonşu binalara yayılmayıb, zərərçəkən olmayıb./oxu.az


SON XƏBƏRLƏR