• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mirzoyan: "Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil"

SİYASƏT

20 Aprel 2024 | 02:22

Mirzoyan: Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil

“Ermənistanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədə deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Arab News” telekanalına müsahibəsində bildirib.

“Ədalətli olmaq üçün demək lazımdır ki, Ermənistanla Rusiya arasında münasibətlər, mən deyərdim ki, ən yüksək səviyyədə deyil. Əlbəttə, çətinliklər var və biz onları gizlədə bilmirik və istəmirik”, - Mirzoyan qeyd edib.

Ermənistan XİN rəhbəri həmçinin qeyd edib ki, İrəvan hazırda Ermənistanın iqtisadi sabitliyinin möhkəmləndirilməsində maraqlı olan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı fəal şəkildə dərinləşdirir və ölkə vətəndaşlarının Avropaya can atması mövcuddur. (Report)


SON XƏBƏRLƏR

26 Iyul 2024