• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Pakistan İranın hegemonluğuna CAVAB VERDİ - ŞƏRH

GÜNDƏM

18 Yanvar 2024 | 12:50 | Müəllif: Qalib İbrahimoğlu

Pakistan İranın hegemonluğuna CAVAB VERDİ - ŞƏRH

Pakistanla İran arasında gərginlik artır.

Bakıvaxtı.az xatırladır ki, dünən Pakistan İrandakı səfirini geri çağırıb. Buna səbəb İranın ölkə ərazisini raket atəşinə tutması olub. Pakistan XİN raket hücumunu qanunsuz addım adlandırıb.

Bu gün səhər saatlarında isə Pakistan İran ərazisinə aviazərbələr endirib. Nəticədə 9 nəfər həlak olub.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Pakistan və İran arasındakı mövcud gərginliyi Bakıvaxtı.az-a şərh edib.

Onun sözlərinə görə, Pakistan və İran münasibətləri ənənəvi olaraq normal olub. Bu iki ölkə düşmən deyil, bir-biri ilə yaxşı tərəfkeş kimi tanınır: “Həm İran, həm Pakistan İslam Əməkdaşlıq Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstəriblər”.

Müsahibimiz deyib ki, İran özünün Şərq sərhədindən narahatdır. Belə ki, bu ərazidə ciddi sosial problemlərlə üzləşir və İranın həmin ərazidəki sərhədində daim toqquşmalar baş verir:

“Bunu bəzən narkotik qaçaqmalçılığı ilə əlaqələndirirlər. Bir sıra hallarda isə regiondakı etnik qrupların Tehran hakimiyyətinə qarşı etirazı kimi dəyərləndirilir. Bu baxımdan İran hakimiyyətinin Pakistanın Bəlucistan ərazisinə də zərbə endirməsi Tehranın orada fəaliyyət göstərən təşkilatından narahatlığının göstəricisidir. İran hakimiyyəti bu addımı ilə əslində Bəlucistan məsələsini diqqətə çatdırıb və Pakistan ərazisini vurmaqla böyük səhvə yol verib”.

Sədrəddin Soltan: İran Pakistan ərazisini vurmaqla böyük səhvə yol verib

S.Soltanın sözlərinə görə, adətən bu tip əməliyyatlar keçirilərkən mərkəzi hakimiyyətlərə öncədən xəbərdarlıq edilir:

“İran hakimiyyətinin xəbərdarlıq etmədən vurması Pakistanın suverenliyinə sayğısızlıqdır. İran özünü bu yerdə hegemon kimi aparıb və Pakistan tərəfindən də qarşılıq alıb”.

Həmsöhbətimiz hesab edir ki, tərəflər bundan sonrakı addımlarını diplomatik müstəviyə keçirəcək:

“Münasibətlərin normallaşması tərəflər arasında danışıqların baş verməsi üçün hələ ki gec deyil”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026