• Bakı 25° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Tiktoker "Bəniz"lə bağlı QƏRAR VERİLDİ 

HADİSƏ

10 Iyun 2025 | 10:56

Tiktoker Bənizlə bağlı QƏRAR VERİLDİ 

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

    Vəsatət təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

    Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

    Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

    Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

    Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.


    SON XƏBƏRLƏR

    10 Iyun 2025