• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Yaxşı kişi arvadını paylaşmaz" deyənləri... - Məşhur tiktoker

MƏDƏNİYYƏT-ŞOU

27 May 2024 | 11:37

Yaxşı kişi arvadını paylaşmaz deyənləri... - Məşhur tiktoker

"Bəzən bizə mənfi şərhlər yazırlar. Deyirlər ki, "yaxşı kişi arvadını paylaşmaz", "sən necə kişisən ki, arvadını, ailəni Tiktokda paylaşırsan".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri məşhur tiktoker Doğan Günəş "Diasporla müsahibə" verilişində deyib.

Doğan Günəşin sözlərinə görə, həyat yoldaşı Melis Busə ilə aralarında güvən var. Bu səbəbdən yazılan şərhlər cütlük arasında problem yaratmır:

"Həyat yoldaşım çox gözəl xanımdır. Qızlarım da ona bənzəyir. Bəd-nəzər var deyə, onları paylaşanda çox qorxuram. Xoş sözlər yazanlar çox olur. Amma pis şərh yazan olanda əsəbləşirəm. Hətta lazım gəlsə, üzr istədirəm".

"Mən Azərbyacanda oldum və diqqət etdim. Gördüm ki, hər kəs həyat yoldaşı ilə səmimidir. Heç də şərhlərdə yazılan kimi deyil. Həmin insanlara sual vermək istəyirəm. Siz yoldaşınızla, ailənizlə toya, şənliyə getmirsinizmi? Azərbaycanda xanımların başına qara torbamı keçirirsiniz? Yaxşı kişi olmaq qadına elə davranmaqdırmı? Boş insanlardır, danışırlar. Fikir vermirəm. Ancaq bəzən elə həddə çatır ki, kişinin qüruru ilə oynayırlar",-deyə D.Günəş bildirib.

Qeyd edək ki, D.Günəş və M.Busə cütlüyü Azərbaycan mahnılarına biri-birindən maraqlı videolar çəkirlər. Cütlüyün əsas kütləsi Azərbaycandandır. Onların Tiktok platformasında 5 milyondan çox bəyənmələri var.

Xəyalə Zöhrab

BDU-nun tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Iyul 2024