"Evdə kişinin səsi çıxmalıdır. Azərbaycan ailəsində belə olmalıdır".
Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev "Qonaqcanlı" verilişində deyib. Qadın-kişi münasibətlərindən danışan müğənni bunları əlavə edib:
"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir. Allah kişini üstün yaradıb. Əgər kişidirsə, onun səsi çıxmalıdır".