• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq
SİYASƏT
01 Sentyabr 2025 | 12:16

Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq

Şanxay Əməkdaşlıq Təşkilatı “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin (ŞƏT) “Tiencin Bəyannamə”sində qeyd edilib.

    Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.

    Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.


    SON XƏBƏRLƏR