• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Çin Koreya ilə valyuta mübadiləsi sazişini uzadıb
İQTİSADİYYAT
03 Noyabr 2025 | 14:50

Çin Koreya ilə valyuta mübadiləsi sazişini uzadıb

Çin Xalq Bankı Koreya Bankı ilə ikitərəfli valyuta svop müqaviləsini uzadıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankı məlumat yayıb. 

Məlumata görə, iki ölkə arasında svop həcmi təxminən 56,44 milyard dollar təşkil edir.

Svop müqaviləsi 5 il müddətinə qüvvədədir və qarşılıqlı razılaşma əsasında daha da uzadılması mümkündür.

Çin Xalq Bankı valyuta svop sazişinin müddətinin uzadılmasının iki ölkə arasında monetar və maliyyə əməkdaşlığının daha da dərinləşməsinə, ikitərəfli ticarət prosedurlarının asanlaşdırılmasının təşviqinə və maliyyə bazarlarının sabitliyinin qorunmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Gülşən Şərif

 


SON XƏBƏRLƏR