Gələcəkdə magistraturaya qəbul imtahanında esse yazmaq məcburi ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev “2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, gələcəkdə magistraturaya qəbulda essəyə minimal bal tələbi qoyula bilər.
“Bununla bağlı Dövlət İmtahan Mərkəzi 2 il əvvəlcədən məlumat verəcək”, – deyə N. Əliyev əlavə edib.
Mina Mikayılova