• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Trampın Rusiyaya qarşı növbəti həmləsi: ABŞ-nın əlində hansı rıçaqlar var?                                     
DÜNYA
01 Sentyabr 2025 | 12:25

Trampın Rusiyaya qarşı növbəti həmləsi: ABŞ-nın əlində hansı rıçaqlar var?                                     

“Vaşinqtonun Moskvaya qarşı hələ tam istifadə olunmayan rıçaqları var. ABŞ Prezidenti Donald Tramp bu rıçaqlardan istifadə edərək, Rusiya prezidenti  Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyə çalışır”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Zeynal Əmrəliyev bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, “Atlantic Council”ın yazdığına görə, hazırda ABŞ-nin əsas vəzifəsi Qərbin danışıqlarda mövqeyini gücləndirmək və Ukraynada müharibəni dayandırmaq üçün daha çox təsir rıçaqları yaratmaqdır:

“Nəşrin analitiklərinin fikrincə, bunların arasında ən təsirlisi İrana qarşı olduğu kimi Rusiya neftinə qarşı da anoloji sanksiyaların tətbiqidir.

Bu, neft gəlirlərinin Moskvaya axınını demək olar, dərhal dayandıracaq. Nəticədə Rusiya Milli Rifah Fondunun tükənməsi ilə Putinin müharibəyə son qoymaq üçün danışıqlar aparmaqdan başqa yolu qalmayacaq”.

Z.Əmrəliyev deyib ki, bundan əlavə, Rusiya neftinə ikinci dərəcəli sanksiyaların tətbiqi Hindistan, Çin və digər alıcıları ABŞ sanksiyalarına əməl etməyə məcbur edəcək. Əks halda, onların qlobal maliyyə sisteminə çıxışı itirmək riski yaranacaq. Gözlənilməz nəticələri azaltmaq üçün isə  OPEC+ ölkələri hasilatı artıra və bazarda Rusiya neftinin itkisini kompensasiya edə bilər.

Həmsöhbətimiz hesab edir ki, hazırda ABŞ-nin Rusiyaya qarşı iki təsir rıçaqı daha çox enerji məsələsi üzərində qurulub:

“Burda əsas məsələ Rusiyanın dövlət büdcəsində ən çox paya malik olan neft gəlirlərdən gələn gəlirin qarşısını kəsməkdir.

Rusiyanın neft gəlirlərinin kəsilməsi - yəni onu diplomatik basqı vasitəsi kimi istifadə etmək - ən güclü rıçaqlardan biridir. ABŞ hazırda dünya nefti üzərində qərar vermək səlahiyyəti çox olduğu üçün bu məsələdə geniş imkanlara malikdir. Burdakı əsas məsələ sanksiyaların təkcə Rusiyaya qarşı tətbiq edilməsi deyil.

Məsələn, rus neftini alan  Çin və Hindistan kimi ölkələrində maliyyə institutlarına və şirkətlərinə qarşı tətbiq edilir. Bu, qlobal maliyyə sistemindən təcrid riskinin  yaratldılması deməkdir”.

Zeynal Əmrəliyev: Trampın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını yaralamaq gücündədir

Politoloqun qənaətincə, Rusiyanın hazırda kövrək olan bank sisteminin bu vəziyyətə uzun müddət tab gətirə bilməyəcəyi aydın məsələdir: 

“Tramp administrasiyası Hindistan mallarına yüksək  tarif tətbiq edib. Çinə qarşı da oxşar tədbirlər gözlənir.

 Bu isə həmin ölkələri Rusiyadan neft almadan çəkindirə bilər. Rəsmi Moskvanın hazırda ehtiyat etdiyi əsas məsələ bu iki ölkənin əldən çıxmasıdır. Əgər Tramp Hindistan və Çini Rusiyadan uzaqlaşdıra bilsə, istədiyinə daha tez və asan nail ola bilər.

Heç təsadüfi deyil ki, son zamanlar Moskvadan Dehli və Pekinə yüksək səviyyəli rəsmilərin səfərləri çoxalıb”.

Z.Əmrəliyevin sözlərinə görə, vəziyyət onu göstərir ki, Trampın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını öldürməsə də, yaralamaq gücündədir:

“Onunla əməkdaşlıq edən ölkələrin də Qərbin sanksiyalarından çəkinməsi Rusiya iqtisadiyyatının  ciddi “qan itkisi”nə məruz qalmasına səbəb olacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR