• Bakı 14° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ukraynadakı münaqişə bir il ərzində başa çata bilər - Putinin nümayəndəsi
DÜNYA
29 Oktyabr 2025 | 23:54

"Ukraynadakı münaqişə bir il ərzində başa çata bilər" - Putinin nümayəndəsi

Ukraynadakı münaqişə bir il ərzində başa çata bilər. 

Bakıvaxtı.azbxəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib. 

O bu açıqlamanı ABŞ administrasiyasının rəsmiləri ilə görüşlərdən sonra Səudiyyə Ərəbistanında keçirilən investisiya konfransında verib.

Dmitriyev qeyd edib: "Biz əminik ki, sülh yolundayıq. Ukraynada bir il ərzində sülhün olacağını düşünürəm".

Dmitriyev həmçinin dünyanın ən böyük gücləri olan ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya arasında əməkdaşlıqdan danışıb.

"Hazırda insanlar Rusiya ətrafında gedən regional münaqişəyə diqqət yetirirlər, lakin biz onun daha böyük bir münaqişəyə çevrilməsini istəmirik. Buna nail olmaq üçün əvvəlkindən daha yaxşı hərəkət etməliyik", - deyə Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025