• Bakı 16° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Bu şəxslərə sosial mediadan istifadə QADAĞAN EDİLİR - Cəriməsi....

DÜNYA

24 Noyabr 2025 | 09:23

Bu şəxslərə sosial mediadan istifadə QADAĞAN EDİLİR - Cəriməsi....

Malayziya 2026-cı ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edəcək.

Bakıvaxtı.az bu barədə "The Star" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, ölkənin kommunikasiya naziri Fəhmi Fadzil bildirib ki, qərar Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində uşaqların rəqəmsal mühitdən qorunmasını gücləndirməyə yönəlib.

Qeyd edilib ki, hesab yaradılarkən yaşın rəsmi sənədlərlə yoxlanılması bütün platformalar üçün məcburi olacaq.

Bildirilib ki, oxşar qaydalara əməl etməyən sosial media şirkətləri isə Avstraliyada olduğu kimi milyonlarla dollarlıq cərimələrlə üzləşə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Noyabr 2025