• Bakı 27° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb

SİYASƏT

19 Iyul 2025 | 19:12

İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb

Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

O qeyd edib ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub.

"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupu üçlüyü hələ də çalışırdı, Bakıya səfərlər edirdi. Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə, onlara bildirdim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik".

Ölkə başçısı diqqətə çatdırıb ki, o, prosesin başlamasını təklif edib:

"Sülh sazişinin mətnini hazırladıq, Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi. İki il ərzində heç bir irəliləyiş yox idi. Bunun başlıca səbəbi o idi ki, Ermənistan tərəfi sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdədir, reallıqda mövcud deyil. Bu Azərbaycanın parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan məsələ əlavə edilə bilməz".


SON XƏBƏRLƏR