• Bakı 16° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Musadik Malik: Günəş, külək və suyun inteqrasiyası enerji inqilabı yarada bilər

WUF13

19 May 2026 | 15:44

Musadik Malik: Günəş, külək və suyun inteqrasiyası enerji inqilabı yarada bilər

"Davamlı enerji təchizatı üçün günəş, külək və su resurslarının birləşdirilməsi böyük bir həll yarada bilər".

Bakıvaxtı.az-ın xəbərinə görə, bu sözləri Pakistanın federal naziri Musadik Masood Malik deyib.

O bildirib ki, səhər saatlarında günəş enerjisinin, axşam isə külək enerjisinin daha effektiv istifadəsi enerji sistemində davamlılıq yaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələr fərqli təbii resurslara malikdir və bu resursların inteqrasiyası enerji təhlükəsizliyini gücləndirə bilər.

Nazir əlavə edib ki, bu 
yanaşma təkcə texniki həll deyil, həm də iqtisadi və strateji transformasiya kimi qiymətləndirilməlidir.

O vurğulayıb ki, təbii resursların düzgün kombinasiyası enerji sahəsində sənaye inqilabına bənzər miqyasda dəyişiklik yarada bilər və bu, hətta elektrik enerjisinin ixtirası qədər fundamental ola bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR