İspaniyanın "Real" (Madrid) klubunun vinqeri Vinisius Junior La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib.
Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı futbolçu ötən ay 2 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, braziliyalı oyunçu ümumilikdə cari mövsüm ərzində 18 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 12 dəfə fərqlənməyi bacarıb.