• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Vüqar Qurbanov vaksinasiya olunmayan şəxslərdən danışdı

CƏMİYYƏT

18 Dekabr 2024 | 14:10

Vüqar Qurbanov vaksinasiya olunmayan şəxslərdən danışdı

“Tibb müəssisələri Oktyabr ayından artıq Səhiyyə Nazirliyi tərəfindən təmin edilmiş qripə qarşı mövsümi vaksinlərlə təmin olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, vaksinasiya prosesi başlayıb və əhalinin böyük əksəriyyəti vaksinasiya olunub.

“Vaksinasiya olunmayan şəxslərə bildirmək istəyirəm ki, qripə qarşı vaksinasiya kəskin respirator viruslara yoluxma riskini azaldır. Xəstəliyə yoluxma baş verərsə belə, həmin dönəm yüngül keçir”.

Qeyd edib ki, vaksin ehtiyyatı kifayət qədərdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025