• Bakı 24° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

“Alphabet”in “SpaceX”ə yatırımı 94 milyard dollara çatıb
DÜNYA
14 Avqust 2026 | 22:36

“Alphabet”in “SpaceX”ə yatırımı 94 milyard dollara çatıb

“Google”un ana şirkəti “Alphabet”in “SpaceX”ə 2015-ci ildə etdiyi 900 milyon dollarlıq yatırımın dəyəri təxminən 10 il ərzində 94,2 milyard dollara yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, “Alphabet” iyunun sonunda 551,2 milyon “SpaceX” səhminə sahib olub. “SpaceX”in iyunun 30-da bir səhm üçün 170,86 dollar olan qiyməti əsasında bu payın ümumi dəyəri 94,2 milyard dollar təşkil edib.

Beləliklə, “Alphabet” “SpaceX”in ən iri institusional səhmdarına çevrilib. Şirkətin 2015-ci ildə “SpaceX”ə yatırdığı 900 milyon dollarla müqayisədə hazırkı payın dəyəri 100 dəfədən çox artıb.

Məlumata görə, “Fidelity Investments” 302,6 milyon “SpaceX” səhmi ilə ikinci ən böyük institusional səhmdar olub. “Gigafund Management” 171,8 milyon, “Baillie Gifford” 51,4 milyon, “BlackRock” isə 51 milyon səhmə sahibdir.

Hesabatlarda göstərilən beş ən böyük səhmdarın ümumilikdə “SpaceX” səhmlərinin təxminən dörddə üçünə sahib olduğu bildirilib.

Həmçinin “SpaceX”in tənzimləyici orqana təqdim etdiyi sənədə əsasən, şirkətin baş direktoru İlon Mask şirkətdə 48,4 faizlik paya sahibdir.

Qeyd edək ki, hazırkı qiymət əsasında “Alphabet”in “SpaceX”dəki payının dəyəri təxminən 77,9 milyard dollar təşkil edir. Bu göstərici də şirkətin 2015-ci ildə etdiyi ilkin 900 milyon dollarlıq yatırımla müqayisədə təxminən 86,5 dəfə yüksəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026