• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Kinomuzun gələcəyi: “Ölü layihələr” həm kino sənayesinin inkişafına mənfi təsir göstərir, həm də...
MƏDƏNİYYƏT
09 Yanvar 2026 | 12:00

Kinomuzun gələcəyi: “Ölü layihələr” həm kino sənayesinin inkişafına mənfi təsir göstərir, həm də...

Azərbaycan kinosu son illərdə milli mədəniyyətin və yaradıcılıq potensialının önəmli bir nümayəndəsi kimi getdikcə daha çox diqqət çəkir.

Lakin yerli filmlərin və sənədli layihələrin "Netflix", "Amazon Prime" və digər beynəlxalq platformalarda geniş təqdim olunmaması onların qlobal auditoriya ilə birbaşa əlaqəsini məhdudlaşdırır.

Əgər bu filmlər beynəlxalq platformalarda yayımlansa, bu, yalnız kino sənayesinin deyil, həm də ölkənin mədəni diplomatiyasının inkişafına ciddi töhfə verə bilər.

 Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması milli mədəniyyət və yaradıcılıq sektoruna hansı uzunmüddətli təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kinoşünas Aygün Aslanlı qeyd edib ki, Azərbaycan kinosunun gələcəyi üçün filmlərin çəkilməsi və beynəlxalq festivallara göndərilməsi əsas prioritetlərdən biridir: 

"Kino yalnız əyləncə vasitəsi yox, eyni zamanda, cəmiyyətin aynası, sosial problemlərin və fərdi insan hekayələrinin ifadə olunma platformasıdır. Bu səbəbdən çəkilən filmlərin yalnız texniki baxımdan keyfiyyətli olması kifayət deyil. Əsas məqsəd insanların gündəlik həyatını, onların dilemmasını, arzularını və cəmiyyətlə olan əlaqələrini əks etdirən hekayələri ekranlara gətirməkdir".

Aygün Aslanlı vurğulayıb ki, layihələr reallaşdırılmadığı halda “ölü layihələr” kimi qalır və bu, həm kino sənayesinin inkişafına, həm də tamaşaçı marağına mənfi təsir göstərir. O əlavə edib ki, yaradıcı ideyaların həyata keçirilməsi, çəkilişlərin tamamlanması və filmlərin festivallara təqdim olunması yalnız peşəkar kinorejissor və prodüserlər üçün deyil, bütövlükdə Azərbaycan kinosu və mədəniyyəti üçün böyük əhəmiyyət daşıyır.

Aygün Aslanlı:  Layihələr reallaşdırılmadığı halda “ölü layihələr” kimi qalır

Kinoşünasın sözlərinə görə, beynəlxalq festivallarda yer almaq Azərbaycan kinosunun dünya miqyasında tanınması, ölkəmizin mədəni diplomatiyasının güclənməsi və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir: 

"Həmçinin, filmlərin insan hekayələrinə fokuslanması cəmiyyətin özünü daha yaxşı anlamasına, sosial və tarixi reallıqları dərk etməsinə imkan yaradır. Hər bir yaradıcı şəxs, rejissor və prodüser layihələrini yalnız ideya olaraq saxlamaqla kifayətlənməməli, onları reallaşdırmalı və geniş auditoriyaya çatdırmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Yanvar 2026