• Bakı 29° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb
İDMAN
12 Iyul 2025 | 17:30

Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, "SportAccord" təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Gənclər və idman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı "SportAccord" təşkilatının keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.


SON XƏBƏRLƏR

16 Iyul 2025