Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb və o, qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “BMW” markalı avtomobilin salon və yük hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.