Nə qərib “qonşu”larımız var: rəsmi Tehran Almaniyada tanış olduğu sevgilisi ilə görüşçün Tehrana səfər edən (Yena Universitetinin azərbaycanlı tələbəsi) Fərid Səfərlini, rəsmi İrəvan isə Şahbuzdan yolu azaraq qarşı tərəfə keçmiş hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundovu tutub, onlara ağılalmaz ittihamlar irəli sürür.
Fars-Molla rejimi (3 aydır itkin sayılan) gənc aydınımızı casusluqda ittiham edir; ermənilərsə günahsız hərbçilərimizə xüsusi qəddarlıq edib, onları dəhşətli işgəncələrə məruz qoyub.
Bu azmış kimi, ermənilər hərbçilərimizi adam ölümündə və s. günahlandırır.
Əgər sənin qonşuluğunda sıfırlanmağa məhkum rejimlər, qondarma “dövlət”lər varsa daim mübarizə modunda olmaq zorundasan.
Tələbəmiz də, hərbçilərimiz də azad olunacaq - buna şübhə yoxdur - çünki dövlətimizin gücünü, dövlət başçımızın siyasi iradəsini, qətiyyətini çox yaxşı bilirik!
Rəsmi İrəvan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu il mayın 28-də Laçından, rəsmi Tehransa mayın 3-də Şuşadan verdiyi ismarıcları yaxşı-yaxşı öyrənsin, idrak etsin gərək…
Necə də gözəl təvafüqlükdür:
3 may - Türkçülük, 28 may - Müstəqillik Günüdür… Fars-Molla və erməni rejimləri üçün türkçülüyün, müstəqil, güclü Azərbaycanın necə böyük bir dərd olduğunu bilməyən yoxdur… Əslində, biz dərd deyilik, insanlığa dərd gətirənləri kökündən qazımağa görəvlilərik!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!