İsrail müdafiə ordusunun Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbələr nəticəsində iki mülki şəxs xəsarət alıb.
Bu barədə Bakıvaxtı.az Suriya mediasına istinadən xəbər verir.
***
14:06
İsrail Müdafiə Ordusu (IDF) bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə zərbə endirdiyini təsdiqləyib.
Bakıvaxtı.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zərbə Dəməşq bölgəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə endirilib.
"İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir. Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri bu bölgəyə zərbələr endirir və hadisələrin inkişafı ilə bağlı müxtəlif ssenarilərə hazırdır", - mətbuat xidməti qeyd edib.
***
13:51
İsrail ordusu Dəməşqə hava zərbələri endirir.
Bakıvaxtı.az xəbər verir ki bu barədə İsrail ordusu məlumat yayıb.
"Qısa müddət əvvəl Dəməşq bölgəsində Suriya hərbi qərargahının iqamətgahının giriş qapısını vurduq".