UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” matçınının vauçerləri bu gündən satışa çıxarılır.
Bakıvaxtı.az-ın məlumatına görə, “Anfield”də keçiriləcək qarşılaşma üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti 115 AZN təşkil edir.
Qeyd edək ki, vauçerləri ilkin olaraq iTicket.az-dan əldə ediləcək. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
“Qarabağ” azarkeşləri üçün “Anfield”də 1250 yer ayrılıb./Teleqraf
Bakı 












