"Getdiyim hər yerdə futbolu, məğlubiyyətləri müzakirə edirdilər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, mənim üçün futboldan uzaq qalmaq mümkün deyil:
"Həmişə ətrafımda futbol müzakirə olunur. Bunu niyə dəyişmədin, onu niyə etmədin? Başlayanda deyirdilər, düzünü sən bilirsən, amma onu niyə dəyişmədin? Bir neçə yaxınım var ki, mənə motivasiya verirdilər".
Bakı 












