• Bakı 29° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTOLAR
SİYASƏT
11 Iyul 2025 | 20:19

Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində iyulun 11-də Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.

Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.


SON XƏBƏRLƏR

16 Iyul 2025