• Bakı 25° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Türkmənistan lideri Azərbaycanı təbrik edib
SİYASƏT
16 Iyul 2025 | 12:17

Türkmənistan lideri Azərbaycanı təbrik edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir:

“Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik”.


SON XƏBƏRLƏR

16 Iyul 2025