• Bakı 27° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

XİN: Son 5 ildə mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb
SİYASƏT
30 Iyun 2025 | 14:13

XİN: Son 5 ildə mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb

Bu gün Azərbaycanın azad olunmuş ərazilərində faciəli mina hadisəsi baş verib, polis əməkdaşı Ağdamda ağır şəkildə yaralanıb. Partlayış nəticəsində əməkdaşın sağ ayağı amputasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, Bu hadisə ilə 2020-ci il müharibəsinin bitməsindən sonra mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb.

"Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi, bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır".


SON XƏBƏRLƏR

16 Iyul 2025