Xaçmazda çaqqallar sakinlərə hücum edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Xaçmaz rayon Əhmədoba kəndində çaqqallar həyətyanı sahəyə girərək sakinlərə hücum edib.
Hadisə zamanı vəhşi heyvanlar bağda fındıq yığan üç nəfəri dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri 1956- ci il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır. /unıkal