ABŞ-nin qlobal aviasiya şirkəti "Boeing" işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox işçisini işdən çıxaracaq.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamenti məlumat yayıb.
Məlumata görə, "Boeing" dekabr ayında 2199 əməkdaşını işdən çıxaracaq.
Şirkət fabrik işçilərinin sentyabr ayında tətil etməsindən sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurduğunu və vacib olmayan xərcləri dayandırmaq kimi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.
Analitiklərə görə, bu qərar nəticəsində 17 000 "Boeing" işçisi ixtisarlardan təsirlənəcək.
Gülşən Şərif