• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Daşkəsəndə sel suları: Qaya parçaları kəndin yolunu bağladı - FOTO

HADİSƏ

21 Avqust 2026 | 13:30

Daşkəsəndə sel suları: Qaya parçaları kəndin yolunu bağladı - FOTO

Dünən yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülüb, yol bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Problemin aradan qaldırılması istiqamətində "31 saylı Yol İstismarı" MMC, "AzerGold" QSC və "Daşkəsən Dəmir Filiz" MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib, gediş-gəliş bərpa olunub.

Qeyd edək ki, Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti davam edir.


Daşkəsəndə sel suları: Qaya parçaları kəndin yolunu bağladı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026