Prezident İlham Əliyev ötən həftə Samir Şərifovu maliyyə naziri vəzifəsindən azad edərək, onu Baş nazirin müavini təyin edib. Hazıtrda nazir postu yeni sahibini gözləyir.
Maliyyə Nazirliyinə yeni rəhbərin nə zaman təyin olunacağı isə dövlət başçısının növbəti sərəncamından asılıdr.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, hazırda Maliyyə Nazirliyinə rəhbərliyi nazirin müavini edir. Bu, Azər Bayramovdur.
55 yaşlı A.Bayramov 2004-cü ildən maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədridir.
Qeyd edək ki. Azər Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Maraqlıdır ki, Azər Bayramov hazırda Maliyyə Nazirliyində yeganə müavindir.
Bundan əvvəl digər nazir müavini və nazirin birinci müavini postları boşalsa da, həmin vəzifələrə yeni təyinat olmayıb
Nazirin keçmiş birinci müavin İlqar Fətizadə 2022-ci ilin aprelində vəfat edib. Həmin vaxtdan bu vəzifə boşdur.
Nazirin digər müavini postu da 2018-ci ildən vakant olaraq qalır. Belə ki, 28 avqust 2018-ci il tarixində nazir maüvini Emin Hüseynov bu vəzifədən azad edilərək, əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub, sonra ona işğaldan azad edilmiş ərazilər üzrə yeni vəzifə verilib.
E.Hüseynov 7 mart 2024-cü il tarixindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi postunda çalışır.