• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

“Şahdəniz”dən büdcəyə ödənişlər kəskin artacaq

İQTİSADİYYAT

18 Avqust 2026 | 15:24

“Şahdəniz”dən büdcəyə ödənişlər kəskin artacaq

2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilib.

Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların ödəyəcəyi mənfəət vergisinin həcminin 400,0 milyon manat və ya 25,0 faiz artacağı gözlənilir.

Xatırladaq ki, birinci yarımildə “Şahdəniz”dən büdcəyə 730,4 milyon manat mənfəət vergisi ödənib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR