• Bakı C

    8.13 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Benində çevrilişdə şübhəli bilinən 30 nəfər saxlanıldı
DÜNYA
16 Dekabr 2025 | 16:10

Benində çevrilişdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Benində uğursuz çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinən təxminən 30 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məhkəmə mənbələrinə istinadən məlumat yayıb. 

AFP qeyd edir ki, həbs olunanların əksəriyyəti hərbçilərdir. Daha əvvəl 14 nəfərin saxlanıldığı bildirilirdi.

Təhlükəsizlik qüvvələri çevriliş cəhdində iştirak edənləri, o cümlədən üsyançıların lideri, polkovnik-leytenant Paskal Tiqrini axtarmağa davam edir. "Jeune Afrique" jurnalı əvvəllər Tiqrinin qonşu Toqoya qaçdığını bildirmişdi.

Qeyd edək ki, dekabrın 7-si səhər tezdən bir qrup hərbçi milli televiziyada Benində hakimiyyəti ələ keçirdiklərini və ölkə prezidentini vəzifəsindən kənarlaşdırdıqlarını elan ediblər. Lakin Milli Qvardiya bölmələri çevriliş cəhdinin qarşısını alıb. Onlara Nigeriya Hərbi Hava Qüvvələri və Kot-d'İvuardakı bazadan yerləşdirilmiş Fransa xüsusi təyinatlı qüvvələri kömək edib. 

Aynur Babazadə


SON XƏBƏRLƏR