• Bakı C

    5.59 m/s

Bizi belə izləyəcəklər: 2022-ci il üçün dünyanın texnoloji gündəmi
YAZARLAR
23 Noyabr 2021 | 10:58

Bizi belə izləyəcəklər: 2022-ci il üçün dünyanın texnoloji gündəmi

İlham Əhmədov

Gələn il bizi hansı texnoloji dəyişiklər, inkişaf tendensiyaları gözləyir?  

2022-ci ildə bizi rəqəmsal dünyalar, avatarlar və elektron pullar gözləyir. Gələn il dəyişikliklərə asanlıqla uyğunlaşan cəsarətli insanlar üçün çox uğurlu olacaq.

Artıq bütün dünya üzrə siyasətçilər və iqtisadçılar yaxın gələcək üçün proqnozlar verirlər. Beynəlxalq bazar araşdırması şirkəti Forrester-in saytında dərc edilən 2022-ci il üçün proqnozda dünyanın daha da rəqəmsallaşacağı bildirilir.

İqtisadçıların və iş adamlarının proqnozlarında 2022-ci ildə hər 10 İnternet istifadəçisindən 8-nin  İnternet üzərindən təhsil alacağı, işləyəcəyi və internetdə pul xərcləyəcəyi barədə məlumatlar var. Onlayn təhsil bazarı daha da inkişaf edəcək, bu sahədə maliyyə dövriyyəsi trilyard dollarla ifadə ediləcəkdir.

Gələn il yeni texnologiyaları və ətrafdakı dünyanın sürətli dəyişməsini qəbul edən cəsarətli insanlar daha çox irəliləyəcəklər.

Şirkətlərin təxminən 66 faizinin hibrid rejimdə işləyəcəyi proqnozlaşdırılır. Yəni, işçilərin yarısı ofisdə, yarısı isə distant rejimdə işləyəcəklər.

Yaxın gələcəkdə bizi daha nələr gözləyir:

İnsanların hərəkətinə video nəzarət gücləndiriləcək. Kameralar  sözün əsl mənasında hər yerdə bizi izləyəcək. Bu, insanların təhlükəsizliyi və təhlükəli xəstəliklərin yayılmasının məhdudlaşdırılması məqsədi ilə ediləcəkdir.

Onlayn işləyən şirkətlərə, xüsusən də informasiya yayımı şirkətlərinə nəzarət xüsusən  artacaqdır.

Potensial cinayətkarlar hələ cinayət törətməzdən əvvəl müəyyən ediləcək və zərərsizləşdiriləcək. Bu onların şəbəkədə verdiyi sorğu və onlayn ünsiyyətləri əsasında  mümkün olacaqdır.

2025-ci ilə qədər bir çox şirkətlərdə artırılmış  (əlavə edilmiş)  reallıq texnologiyaları peyda olacaq: biz alacağımız geyimləri əynimizə taxmadan onların rəqəmsal analoqlarını nəzərdən keçirəcək, yoxlayacaq, 3D-də formatında baxa biləcəyik.  İnsanların şəxsi məlumatları daha əlyetərli olacaq, bu informasiyanın şəffaflığı baxımından faydalı, amma məxfiliyin qorunması baxımından təhlükəli ola bilər. Filmlərdə aktyorlar yox, onların rəqəmsal tərəf müqabilləri çəkiləcək. Bu, artıq baş verir, lakin hələ də geniş istifadəni tapmayıb.

Xidmət sektorunda -kafe, mağaza, yanacaqdoldurma məntəqələri, apteklər və kuryer xidmətlərində v.s. sahələridə işçilərin  təxminən 30 %  robotlar olacaqdır.

İT sektoru pandemiyadan sonra  iqtisadi baxımdan da inkişaf edəcəkdir.  Qlobal İT bazarının həcmi 2022-ci ildə təxminən 4,5 trilyon dollara çatacaq.

Gartner qlobal informasiya texnologiyaları (İT) bazarı üçün yeni proqnoz təqdim edib: analitiklərin fikrincə, sənaye inkişafda davam edəcək, lakin onun inkişaf tempi səngiyəcək.

Təqdim olunan məlumatlar bütün növ elektron cihazların, korporativ səviyyəli proqram təminatının, məlumat mərkəzləri üçün sistemlərin, İT xidmətlərinin və rabitə xidmətlərinin xərclərini nəzərə alır.

2020-ci ildə hesablamalara görə, bu bazarın pul ifadəsində həcmi 3,87 trilyon dollara bərabər olub. Ötən illə müqayisədə artım cəmi 0,9% təşkil edib ki, bu da pandemiyanın mənfi təsiri ilə izah olunur.

Bu il analitiklərin hesablamalarına görə, dünya bazarı 4,24 trilyon dollara çatacaq. Bu proqnoz özünü doğrultsa, ötən illə müqayisədə artım 9,5% səviyyəsində olacaq.

Gələn il Gartner-in proqnozlarına görə, İT xərcləri təxminən 5,5% artacaq. Nəticədə sənayenin həcmi 4,47 trilyon dollar təşkil edəcək.

Ən böyük sahələr rabitə xidmətləri və müxtəlif İT xidmətləri olaraq qalacaq: onların payına müvafiq olaraq 1,48 trilyon və 1,29 trilyon dollar düşəcək. Bütün növ elektron cihazlar təxminən 820 milyon dollar daha çox qazanc gətirəcək. Korporativ səviyyəli proqram seqmentində gəlir təxminən 670 milyon dollar, məlumat mərkəzi sistemlərindən isə təxminən 207 milyon dollar gələcək.


SON XƏBƏRLƏR

03 Dekabr 2022