Elm və təhsil naziri Emin Əmrullayev "Microsoft" şirkətinin nümayəndələri ilə görüş keçirib. Şirkət ölkəmizdə təhsilin rəqəmsallaşdırılması sahəsində olan ciddi geriliyi aradan qaldırmaqda nazirliyə dəstək verəcəyini açıqlayıb. Görünür, tiktokerlərin təhsilimizə sirayət etməsi biabırçılığı onlara da çatıb.
Təhsil Nazirliyi 20 ildə rəqəmsallaşmaya 300 milyondan çox pul sərf edib, real nəticəsi isə yoxdur. Ən pisi budur ki, o boyda qurumda təhsilin rəqəmsallaşması üzrə mütəxəssis də yoxdur (hamısı yəqin sırf təhsil mütəxəssisdir). Ona görə "ilanı Seyid Əhməd əli ilə tutur", yəni "Microsoft"un əli ilə öz vəzifəsini icra etmək istəyir. Bu isə əlavə 100 milyonların sərfi deməkdir. Bəs nəticə? İndiyə kimi olan nəticədən yenə olacaq.
2 il əvvəl - pandemiya müddətində də "Microsoft" rəhbərliyi ilə belə görüş olmuşdu. Onda da ağızdolusu distant təhsildən danışılmışdı. "Microsoft" nümayındələri bəlkə də elə düşünüblər ki, yəqin bizim təhsil menecerləri nəhayət, ölkədə distant təhsil sistemi yaradıblar...
Kim yaradacaq? Yarada bilsəydilər, elə pandemiyaya qədər yaradardılar. Monqolustanda 15 il əvvəl olan təhsil texnologiyası bizdə hələ də yoxdur ...
Bakıvaxtı.az