Baş prokuror Kamran Əliyev oktyabrın 3-də Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilən cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.