• Bakı 12° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

Zəfər Günü tarixin izi ilə

CƏMİYYƏT

03 Noyabr 2022 | 13:21

Zəfər Günü tarixin izi ilə

Qalib dövlətimiz 44 günlük İkinci Qarabağ müharibəsindəki zəfəri  ilə dünyaya səs saldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurları tarixi zəfərimizi şərtləndirdi. Azərbaycan  xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı.

Dövlət başçısı İlham Əliyev hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Keçən dövrdə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi və görülən işlər möhtəşəm Zəfər tarixinin çoxda uzaqda olmayacığını göstərirdi.

Bizim keçən illər boyu xəbərdarlıqlarımıza baxmayaraq, hər zaman ikili standartlar nümayiş etdirən beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq edilmirdi. Bütün bunlar məsələnin artıq öz gücümüz hesabına həll olunması zərurəti yaradırdı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin qəddini qırdı. Ölkə başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.  

Ordumuz 2020-ci ilin sentyabrın 27-dən noyabrın 9-dək olan dövrdə Vətən müharibəsində qazanılmış zəfərlə hərb tarixində bənzəri olmayan izlərini hələ uzun illər dunya dövlətləri tərəfindən öyrənilməli olduğunu göstərdi. Müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atılan raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Artıq qələbənin hənirtisi hiss edilirdi. Noyabrın 8-də Qaraba­ğın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi qələbənin yaxınlaşması demək idi. Nəhayət Paşinyan hakimiyyəti reallığı görərək noyabrın 10-da Ermənistanın məğlub olduğunu elan etdi.

Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin  rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edilmiş, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdürülmüşdür. Biz artıq Qarabağa qovuşmuş, tarixi zəfərə imza atmış, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında almış bir xalq olaraq öz kimliyimizi dünyaya sübut etmişik. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Qarabağ Azərbaycandır!

İsgəndər Orucov 

İmişli regional ədliyyə idarəsinin rəisi


SON XƏBƏRLƏR

15 Noyabr 2024