• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dünya qlobal istiləşmə ilə üz-üzə: Yeni xəstəliklər gözlənilir   

CƏMİYYƏT

12 Fevral 2024 | 09:48

Dünya qlobal istiləşmə ilə üz-üzə: Yeni xəstəliklər gözlənilir   

Qlobal istiləşmə yaşadığımız dövrdə bəşəriyyəti narahat edən əsas problemlərdən biridir. Son təhqiqatlara görə, 2023-cü ildə havanın orta temperaturu normadan 1,5 dərəcə yüksək olub. Mütəxəssislərin fikrincə, artım bir neçə ildən sonra da davam edəcək.

Bəs qlobal istiləşmənin insanların sağlamlığına hansı mənfi təsirləri var? Bu, yeni virusların yaranmasına gətirib çıxara bilərmi?

Tibb elmləri doktoru, cərrah Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, urbanizasiyanın artdığı, şəhərləşmə olan yerlərdə yanacaqların istehsalı zamanı fossil qazlar, maddələrlə yanaşı aromatik maddələr əmələ gəlir. Bir hissəsi dənizə hopan, bir hissəsi isə göydən asılı vəziyyətdə qalan bu maddələr hüceyrələrdə mutasiya törədir. Bu da sonradan xərcəngə gətirib çıxarır:

“Aromotik karbohidratlar bronxiti qıcıqlandıraraq qana keçir. Qanda hopub qalır və orada yavaş-yavaş immuniteti pozur. Orqanizmin xərçəng əleyhinə müdafiə sistemini məhv edir və nəticədə xərçəng şişi əmələ gətirir. Bir kub metr havada bir nanoqram enzaprin törəməsi varsa, deməli, yüz nəfərdən 18-ində ağciyər xərçəngi yaranıb. Bu sübut edilmiş statistikadır”.

Onun sözlərinə görə, bundan başqa qlobal istiləşmənin ən faciəvi nəticələrindən biri də virusların fəallaşmasıdır. Müsahibimiz qeyd edib ki, əvvəllər insanlarda xəstəlik törətməyən virusların insana keçməsi prosesi baş verir:

“Məsələn, koronovirus ötən əsrin 60-cı illərində soyuqdəymədən vəfat etmiş şəxslərin nəfəs yollarında tapılmış virusdır. Ona qədər insanda bu virus tapılmayıb. Ondan sonra koronovirusun 4 növü daim insanda soyuqdəymə törədib”.

A.Qeybulla bildirib ki, hər il əhali arasında qripin yeni növü peyda olur. Virusların davamlı mutaasiyaya məruz qalması gec-tez onun orqanizmə ağır təsir edən yoluxucu növünü yaradır:

“Bizi qarşıda qrip pandemiyası gözləyir. Bir, yaxud 10 il sonra olacaq, onu dəqiq deyə bilmərik, amma dəqiq olacaq”.

Həmsöhbətimizin sözlərinə görə, uzunmüddətli qlobal istiləşmə tendensiyası şübhəsiz insan fəaliyyəti ilə bağlıdır. Onun qarşısını almaq üçün də insanlar özləri çalışmalıdır:

“Artıq quraqlıqlar dayanmadan artıb, səhralaşma başlayıb. Bu da yaşıllıqların məhvidir. İçməli su problemi yaranıb. İçməli su hövzələri getdikcə azalır.

Suyun yer kürəsində paylanması yerləri də dəyişib. Əvvəllər yağış yağmayan yerlərə indi qar yağır. Burada canlılar adaptasiya problemi ilə üzləşirlər. Hər regionda insanların özünün qidalanma sistemi olur. Burada əhalinin qidalanma şərtləri də dəyişdiyi üçün immun sistemi dəyişir. Bu da birbaşa orqanizmə mənfi təsir göstərir”.

A.Qeybulla hesab edir ki, içməli su hövzələrinin qorunması, həmin su hövzələrinin mənbələrinin çirkləndirilməsi, ətraf aləmin çirkləndiriliməsi ilə bağlı məsələlərlə bağlı özümüzdə düzgün təsəvvür formalaşdırmalıyıq:

“Dənizə atılan tullantılar, metanın təkarar emalı, karbon qazının utilizasiyası haqqında düşünməliyik.

Bu məsələ dünyanı ciddi şəkildə narahat etməlidir. Bunun acı nəticələri hələ qabaqdadır. Bütün dünya ölkələri qlobal istiləşmə ilə bağlı mübarizədə ciddi işlər görməlidir. İqlim dəyişikliyi təhlküəli bir həddə çatıb və həyəcan təbili çalınmağın vaxtıdır”.

Xatırladaq ki, planetimiz sonuncu dəfə 12-14 il əvvəl kritik qlobal istiləşmə həddi olan 1,5 dərəcəni keçib.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024