İrəvan məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Tsarukyanın vəkili bildirib.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.




