Nigeriyada vəba epidemiyası səbəbilə Sokoto əyalətində 25 nəfər ölüb, 15 nəfər müalicə olunur.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki,bu barədə Sokoto əyalətinin səhiyyə komissarı Asabe Balarabe açıqlama verib.
Oun sözlərinə görə, ştatın üç bölgəsində 1160 vəba hadisəsi qeydə alınıb:
"Bu bölgələrdə vəba epidemiyası səbəbindən 25 nəfər ölüb. Xəstəliyin yayılmasının qarşısını almaq və epidemiyaya nəzarət etmək üçün şəxsi heyət hökumətlə əməkdaşlıq edir".
Qeyd edək ki, Nigeriyada iyunun 26-da vəba epidemiyası ilə əlaqədar milli fövqəladə vəziyyət elan edilib.
Gülşən Şərif