• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Ailə ola bilməyən azərbaycanlılar – Oğuz Ayvaz yazır
YAZARLAR
15 Noyabr 2021 | 10:15

Ailə ola bilməyən azərbaycanlılar – Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Yaşadığımız müasir dövrlə ana-atalarımızın yaşadığı dövr arasında kəskin fərqlər, müqayisələr mövcuddur. Keşmişdə münasibətlərin və evlilklərin bitməsi üçün bambaşqa səbəblər olurdusa, bugünün boşanma halları müxtəlif səbəblər ucbatından baş verir. Bəs yaxşı günümüzdə insanlar niyə boşanır? Niyə qadınla kişi bir damın altında ailə ola bilmir?

Gənc ailələrin tez-tez boşanmlarının bir çox səbəbi var. Gəlin, bir yerdə bu səbəblərə nəzər yetirək. Ən əsas məsələlərdən biri mental dəyərlərimizdir. “Oğlum böyüyəndə sənin qızını alacaq”, “Qızım ən yaxın qohumlarımızdan birinə ərə gedəcək” kimi cümlələri hələ də eşitməkdəyik. Sanki atalar, analar bu köhnəlmiş, kif iyi verən düşüncələrini az qala marsa qədəm qoyduğumuz dövrdə də davam etdirir, bununla da öz kiçik dünyalarında xoşbəxt olacaqlarını zənn edirlər.

Mentalitet seriyalı qatil kimidi. Qurbanlarının sayı-hesabı yoxdur. Təsəvvür edin ki, qızı zorla sevmədiyi biri ilə evləndirirlər. Zaman keçir, qadın ərini aldadır. Cəmiyyətsə əlində balta qadını fahişə elan edir. Əxlaqsız damğası vurur. Axı bu qadını siz bədbəxt etdiniz, istəmədən evləndirdiniz. Axı onun da ehtiyacları var. Çexov necə deyirdi, “Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir”.

Başqa bir səbəbə diqqət yetirək. Sosial-maddi vəziyyət də boşanmlara gətirib çıxardır. Necə deyərlər, sevgi qarın doyurmur. Bu məsəli başqa cür də yaza bilərik: Ac qalmış ailə süquta uğrayar. Evlənmək üçün evlənən cütlüklər sonradan bunun ağrı-acısını yaşayır, talelərinə boyun əyirlər.

Boşanmalar mentalitet, sosial vəziyyət, savadsızlıq, şiddət, sevgisizlik səbəblərindən törəyir.

Boşanmaq uşaqların gələcək həyatlarında travma qoyur...

Boşanmaq insanı tənhalığa, depressiyaya yuvarlayır...

Boşanmaq faciə olmasa da ayrılıqdır...

Evlilik, ailə iki insanın gələcək həyatı üçün böyük məsuliyyət, həyat təcrübəsi və kiçik xoşbəxtliklər diyarıdır. Bu diyarı səslərə, sevincə bürüyən də uşaqlarımızdı. Analarımızın, atalarımızın seçdiyi şəxslə deyil, öz seçdiyimiz, öz sevdiyimiz adamla evlənək, sevdiyimizə hörmətlə yanaşaq. Unutmayaq ki, insan daxilən sərbəstliyinə, azadlığına düşkündür. Qadına qul kimi, ərə çörək gətirən maşın kimi baxmayaq, sevək, sevilək. 


SON XƏBƏRLƏR

28 Mart 2024