1 fevral 2026-ci ilə olan vəziyyətə görə Azərbaycanda 1 682 907 vergi ödəyicisi olub, onlardan 86,8 faizini fiziki şəxslər, 13,2 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 6,4 faiz artıb.
2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiya təşkilatlarının sayı 205 104 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.
2026-cı ilin yanvar ayında 1 050 kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Onların 89,6%-i yerli investisiyalarla, 10,4%-i isə xarici investisiyalarla yaradılıb. Kommersiya təşkilatlarının 87%-i elektron qaydada qeydiyyatdan keçib. 2026-cı ilin yanvar ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının payı 97,6% olub.
2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiya hüquqi şəxslərin 92,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və digər təşkilati-hüquqi formalar üzrə yaradılıb.
1 fevral tarixinə 136 808 kommersiya təşkilatı aktiv statusa malik olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya təşkilatlarının sayı 7,7% artıb.
Bakı 




