“Ermənistanım Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycan xalqını Qurban bayramı münasibətilə rəsmi şəkildə təbrik edib. Düzdür, Ermənistan ictimai rəyi bunu o qədər də bəyənmədi, amma baş nazir Azərbaycana “əl uzatmağa” çalışır”.
Bu barədə Bakıvaxtı.az-a politoloq Fərhad Mehdiyev bildirib.
O qeyd edib ki, bununla yanaşı Azərbaycanın şərtləri var:
“Bu şərt Ermənistanın referendum yolu ilə konstitusiyasına dəyişiklik edib, Azərbaycanın ərazilərinə olan iddialara son qoymaqdır. Rəsmi Bakı bu yoldan geri addım atmayacaq. Biz görsək ki, Ermənistanda konstitusiya dəyişildi, bu zaman hesab edə bilərik ki, sülh müqaviləsinə yaxınıq. Bu dəyişiklik olmayana qədər, müharibədən uzaq ola bilərik, amma sülhə yaxın olmayacağıq. Azərbaycan geri addım atmayacaq”.
Minsk qrupuna diqqət çəkən politoloq əlavə edib ki, bu qrup onsuz da fəaliyyətsiz qalıb. Onun sözlərinə görə, əsas məsələ konstitusiyanın dəyişdirilməsidir. Onların fəaliyyəti yoxdur:
“Azərbaycan Minsk qrupunun vasitəçliyini qəbul etmir. Onların durub, nəyisə qabartması mümkün deyil. Ermənistan öz konstitusiyasını dəyişdisə, sülh müqaviləsi bağlamağa çox yaxın olacağıq. Biz niyə Minsk qrupunun ləğvini arzulayırıq? Biz istəmirik ki, 3-cü dövlətlər “Qarabağ məsələsi həll olunmayıb” kimi iddialar irəli sürsünlər. Ermənistan sülhə imza atandan sonra Fransa neyniyə bilər ki? Ermənistanın yerinə danışa bilməz axı”.
Fərhad Mehdiyev: Paşinyanın referenduma getməməsinin səbəbi odur ki...
F.Mehdiyev onu da diqqətə çatdırıb ki, Ermənistandakı daxili siyasi qüvvələr yekun sülhü sabotaj edir:
“Daxildəki qüvvələr Nikol Paşinyana siyasi manevr etmək imkanı vermir. Erməni xalqı şovinistdir. Paşinyanın referenduma getməməsinin səbəbi odur ki, erməni xalqını buna tam hazırlaya bilməyib. Nə vaxt, hiss etsə ki, xalq buna hazırdır, onda referenduma gedəcək.Bu istiqamətdə addımlar atılır”.
Aydın Baxış